Uşaqlar qızılcadan niyə ölür? - AÇIQLAMA

9 Fevral 2024 15:51 (UTC+04:00)

Qızılca insanlar arasında yayılan çox yüksək yoluxuculuğa malik virus xəstəliyi hesab olunur. Yaşından asılı olmayaraq, əvvəllər bu xəstəliyə yoluxmayan və ya qızılca, parotit və məxmərəyə qarşı (QPM) peyvənd almayan istənilən şəxs bu xəstəliyə yoluxa bilər. TƏBİB-dən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, qızılca virusunun spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən təyin olunur. Qızılca infeksiyasına yoluxmuş yüngül simptomlu xəstələrin müalicəsi həkim nəzarəti altında ev şəraitində, yataq rejimi gözlənilməklə aparılır. Risk qrupuna daxil olan və yanaşı xəstəlikləri olan şəxslərdə isə ağırlaşmalar müşahidə edilə bilər ki, bu zaman xəstənin hospitalizasiyası və stasionar şəraitdə müalicəsi tövsiyə olunur. Xəstəliyin ilk simptomları halsızlıq, öskürək, hərarətin yüksəlməsi, konyunktivit (“qırmızı gözlər” simptomu) və zökəmdən ibarətdir. İlk simptomların başlanmasından sonra 2-4 gün ərzində bütün bədənə yayılan qızılca xəstəliyinə məxsus səpgilər meydana çıxır.

Bu səpgilərdən əvvəl və ya eyni zamanda, ağız boşluğunun selikli qişasında ağımtıl ləkələr müşahidə olunur. Bu ləkələr qızılcanın spesifik simptomu sayılır. Xəstə insanla təmasdan ilk simptomların əmələ gəlməsinə qədər olan dövr, adətən, 10-14 gün təşkil edir. Bəzən bu dövr 7 gün davam edir və çox nadir hallarda 23 günə qədər uzanır. Qızılca ilə əlaqəli pnevmoniya, inağ, orta qulağın iltihabı, ağız boşluğunda xoralar və ishal kimi ağırlaşmalar ən çox tənəffüs yollarına və ya həzm sisteminə təsir edir. Bununla yanaşı, qızılcanın ağırlaşması kimi meningit, laringit, otit, qıcolmalar və ensefalitlər də inkişaf edə bilər.



Dr.Sevda Novruzlu bu mözvuya fikir bildirib ki, qızılcanın ağırlaşması meningit, ensafalit pnevmaniyadır. İmmun sistemi zəif olan insanlarda həqiqətən bu ağırlaşmalarla müşahidə olunur.

Vaxtında üstünə düşülmədiyi təqdirdə, adi bir virus deyilib üstündən keçirilərsə, belə ağırlaşmalar ola və ölümlə nəticələnə bilər. Qızılcanın ölümcül xəstəliyə çevrilməsinin səbəbi qızılcaya qarşı peyvənd alınmalı əgər peyvənd alınmırsa, təbii ki, qızılcanı ağır keçirdirlər. Əlbəttə ki, bütün müraciətlərin hamısı yoxlanılmalı, müxtəlif analizlər verilməldir və qızılcanın olub- olmaması aşkar olunur. Əgər qızılca deyilsə, başqa bir virus infeksiyasıdırsa, təbii ki, bütün virus infeksiyaları demək olar ki, ilkin mərhələdə özlərini eyni şəkildə aparırlar. Katarar əlamətlər, tempraturun yüksəlməsi, öskürəyin olması kimi əlamətlərdən başlayır. Qızılcanı onlardan yeganə fərqləndirən səbəb isə etaplı səpgilərin olmasıdır. Təbii ki, diferensial diaqnoz nəticəsində qızılca diaqnozu qoyulub, müalicə edilir”.