Səyahət çantanızı hazırlamadan əvvəl mütləq oxuyun: BU MƏHSULLAR QADAĞANDIR! - RƏSMİ

9 Fevral 2024 16:43 (UTC+04:00)

Məlumdur ki, təyyarə ilə səyahət edərkən çamadanınıza götürə biləcəyiniz əşyalar müəyyən məhdudiyyətlərə məruz qalır. Bəs, sərnişin və əl baqajında ​​daşınması qadağan edilən əşyalar hansılardır? Dünyada və Azərbaycanda bu barədə qaydalar necədir?

SİA mövzu ilə bağlı araşdırma apararaq AZAL-ın mətbuat xidmətinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, uçuşun təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıdakı qaydalara riayət olunmalıdır:

- Hər biri 100 ml-dək (3.4 oz) həcmli qablarda ümumi həcmi 1 litrdən çox olmayan, ağzı bağlı şəffaf plastik paketdə olduqda mayelərin əl yükündə daşınmasına icazə verilir.

- Həcmi 100 ml-dək tutumlarda daşınması mümkün olmayan lakin səfər zamanı həyat üçün vacib olan, tibbi və ya diyetik tələbatı təmin etmək üçün zəruri olan mayelər yuxarıda göstərilən məhdudiyyətlərdən azad olunur.

- ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) yayımladığı qərara əsasən, ABŞ-a/ dan uçuşlarda 350 millilitrə bərabər və ya daha çox miqdarda toz maddələrinin (un, şəkər, qəhvə, ədviyyat, süd tozu, pudra və s.) əl-yükündə və ya sərnişinin üzərində daşınmasına icazə verilmir. 350 ml həcmindən az olan toz məhsullar xüsusi təhlükəsizlik baxışına məruz qalır və əgər bu məhsullar uçuş zamanı gərəkli deyilsə sərnişinləri onları qeydiyyatdan keçmiş baqajda aparmağa dəvət edirik.

- 350 millilitrə bərabər və ya daha çox toz materilların salonda daşınmasına icazə verilmir və qeydiyyatdan keçmiş baqajda daşınmalıdır.

- 350 millilitrə bərabər və ya daha çox toz materilların salonda daşınmasına icazə verilmir və qeydiyyatdan keçmiş baqajda daşınmalıdır.

- Uşaq qidası, reseptli dərmanlar və insan qalıqları yalnız möhürlənmiş bağlamada daşına bilər.

- Son yoladüşmə məntəqəsində hava limanının rüsumsuz ticarət mağazalarından satın alınmış toz halında maddələr kassa çeki ilə birlikdə Xüsusi hermetik bağlamada yerləşdirilməlidir.

Baqajda daşınması qəti qadağan olunan məhsullar:

- zəhər

- radioaktiv maddələr

- paslanmaya meyilli maddələr

- fişəng

- partlayıcı maddələr

Baqaja verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalar:

- Təchizat

- Soyuq silah

- Odlu silah

Baqaja təhvil verilməsinə və ya daşınmasına icazə verilən əşyalar:

- Kibrit, alışqanlar

- Tualet əşyaları: ətirlər, aerozolla

Xəbərdarlıq!

Təhlükəli əşyaların təyyarənin göyərtəsinə keçirilməsi qeyri-qanuni hesab olunur və qaydaları pozan şəxslər ittiham və cərimə oluna bilərlər.

Əgər Aviaşirkət bu Qaydalarda müəyyən edilmiş «baqaj» anlayışına uyğun olmayan hər hansı əşyanı baqaj kimi qəbul edərsə, həmin əşyaların daşınması da bu Qaydaların müddəalarına uyğun həyata keçiriləcəkdir.

Baqaj qismində daşımaya qəbul edilməyən əşyalar

Sərnişinə aşağıdakı əşyaları baqaja daxil etmək qadağan olunur:

Daşıma zamanı sərnişinlərin sağlamlığı, uçuşun təhlükəsizliyi, Aviaşirkətin və ya digər Sərnişinlərin mülkiyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə törədən mallar, əşyalar, maye və digər maddələr, habelə:

- partlayıcı maddələr və hərbi sursatlar, bu Qaydaların 15.11 yarımbəndində göstərilən hallardan başqa;

- fişənglər, siqnal raketləri, benqal alovları;

- qazlar (yanğın təhlükəsi yaradan, alovlanmayan, soyudulmuş və zəhərli),

bu Qaydaların 15.13.1 bəndində nəzərdə tutulan hallardan başqa;

- aerozollar (məhdud miqdarda daşınmasına icazə verilmiş gigiyena ləvazimatlarından başqa);

Hava gəmisinə, sərnişinlərə və digər baqaj və yüklərə zərər verə biləcək, daşınma üçün düzgün qablaşdırılmamış tərkibində maye olan baqajlar (bütün maye tərkibli qidalar (cem, mürəbbə, bal, süd məhsuları, tomat və s.), maye boyalar, yağlar, tərkibində yağ və yanacaq olan avadanlıqlar, dondurulmuş ət, canlı heyvanlar) Litium-ion batareyalarla təchiz olunmuş portativ nəqliyyat vasitələrinin (Skuter, seqvey, hər növ giroskuterlər) sərnişin salonunda əl yükü kimi və ya qeydiyyatdan keçmiş baqaj kimi daşınması qadağandır.

Tez alışan mayelər (benzin, laklar, rənglər, suda həll olunanlardan başqa, həlledicilər, alışqanı doldurmaq üçün mayelər);

- benzinlə işləyən alətlər, benzin mişarları və otbiçənlər də daxil olmaqla; oksidləşdirici, korroziya törədən aşındırıcı maddələr və materiallar, o cümlədən ağardıcı əhəng, akkumulyator batareyaları (xəstələrin daşınması üçün kürsü-xərəklərdə olan batareyalar, CD-pleyer, radio üçün kiçik batareyalar və s. istisna olmaqla), civə barometrləri;

- zəhərli, zərərli və ya qıcıqlandırıcı maddələr və yoluxucu materiallar; radioaktiv materiallar, müalicə nəticəsi kimi insan bədəninə yeridilmiş litium batareyalarından qidalanan ürək əzələlərinin radioizotop stimulyatorları və ya digər qurğulardan başqa; maqnitlər və maqnit tərkibli əşyalar;

- maqnitlər və maqnit tərkibli əşyalar;

- İCAO, Doc 9284/905 sənədinə - «Təhlükəli yüklərin hava ilə təhlükəsiz daşınması üzrə texniki təlimat» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 220 nömrəli 13.12.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları”na əsasən sərnişin hava gəmilərində daşınması qadağan olunmuş digər əşyalar və maddələr;

- ərazisinə, ərazisindən və ya ərazisindən keçməklə daşımanın həyata keçiriləcəyi istənilən ölkənin qüvvədə olan qanunları və/ və ya qanunvericilik aktları ilə daşınması qadağan olunan mallar və əşyalar;

- xarakterinə, çəkisinə, ölçüsünə, formasına və ya qoxusuna görə daşınmaya yararlı olmayan mallar;

- döyüş təchizatı, odlu və soyuq silah, o cümlədən qədim odlu və soyuq silahlar, kəsici və deşici əşyalar bu Qaydaların 15.11. və 15.14-cü bəndlərinə müvafiq olaraq daşımaya qəbul olunur.

ABŞ istiqamətində uçuşlarda səyahət edən sərnişinlərə əl yükündə və ya öz üzərlərində turbo alışqanların (torch lighters) daşınmasına icazə verilmir.

Uçuşun təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıdakı qaydalara riayət olunmalıdır:

- Sərnişinlərin baqajında daşınması qəti qadağan olunmuş əşyalar

- Radioaktiv maddələr

- Qazlar

- Partlayıcı maddələr

- Fişənglər

- Zəhərli və infeksion maddələr

- Korroziv maddələr

- Maqnitlər

Baqajın daşıma üçün qəbul edilməsindən imtina hüququ

Aşağıda göstərilən hallarda sizin baqajınız daşınmaya qəbul olumayacaqdır.

- Baqajınız hava gəmisinə, sərnişinlərə və ya digər baqaj və yüklərə zərər verə biləcəyi halda,

- Baqajınızın qablaşdırılması nizamlı və təhlükəsiz daşınmaya imkan vermədiyi halda,

- Yoladüşmə, təyinat və ya tranzit ölkələrin qanunlarına və qaydalarına əsasən baqajınızın tərkibində daşınması qadağan olunmuş maddələr və ya əşyalar olduğu halda

- Normadan artıq baqajın daşınması ilə əlaqədar Aviaşirkətin müəyyən etdiyi tariflər və rüsumlar ödənilmədiyi halda,

- Baqajınızın ölçüləri aviaşirkətin müəyyən etdiyi ölçulərdən artıq olduğu halda

- Baqajınızın çəkisi 32 kq-dan artıq olduğu halda,

- Baqajınızda daşınması qadağan olunmuş təhlükəli əşya və ya maddələr olduğu halda.

- Baqajda bu bölmənin 15.1.1 və 15.1.2 bəndlərində göstərilmiş əşyalar olduqda, Aviaşirkət müvafiq sənədlər əsasında bu əşyaların tərkibində daşınmasına icazə verilməyən hər hansı materialların və ya əşyaların olduğu qənaətinə gəldikdən sonra;

- Aviaşirkət baqaj qismində daşımaya qəbul edilməsindən imtina etdiyi malları və ya əşyaları öz nəzarəti altına götürməyə borclu deyil və onlara görə məsuliyyət daşımır.

Sərnişinlərin və baqajın yoxlanılması hüququ

Uçuşların təhlükəsizliyinin təmin edilməsi və bu bölmənin 15.1.1 və 15.1.2 bəndlərində göstərilən əşyaların aşkar edilməsi üçün Aviaşirkət Sərnişinlərdən Aviaşirkətin, hava limanının xidmətləri və digər səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən şəxsi yoxlamadan keçməyi tələb etmək, habelə yoxlamaq üçün baqajını təqdim etmək, Sərnişinin və ya onun baqajının rentgen və ya digər yoxlamasını keçirmək, habelə Sərnişin olmadığı halda onun baqajını yoxlamaq və ya yoxlanılmasını təşkil etmək hüququna malikdir. Əgər Sərnişin bu tələbi yerinə yetirmək istəmirsə, Aviaşirkət Sərnişinin (baqajın) daşınmasından imtina edə bilər. Aviaşirkət rentgen və ya digər üsulla yoxlama zamanı Sərnişinə və ya onun baqajına dəymiş ziyan üçün məsuliyyət daşımır, Aviaşirkətin səhlənkarlığı üzündən dəymiş ziyan istisna təşkil edir.

Uçuşda olan hava gəmisində (yükləndikdən sonra hava gəmisinin qapılarının bağlandığı andan boşaltma üçün hər hansı qapıların açıldığı anadək) əl yükünün və Sərnişinin özünün yoxlanılması Sərnişinin razı olub-olmamasından asılı olmayaraq, hava gəmisi komandirinin qərarı ilə həyata keçirilə bilər.

Qeydiyyata alınmış baqaj

Sərnişin özü ilə apardığı bütün əşyaları çəkisinin müəyyən edilməsi və ölçülməsi üçün təqdim etməlidir.

Sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti Aviaşirkət öz üzərinə götürür. Bunun təsdiqi olaraq Aviaşirkət biletdə yerlərin sayı və qəbul olunan baqajın çəkisi barədə qeydlər edir və Sərnişinə baqajın eyniləşdirmə birkasının talonunu verir. Biletdə qeydiyyata alınmış baqajın çəkisi haqqında qeyd olmadığı təqdirdə, qeydiyyata alınmış baqajın tam çəkisinin pulsuz daşınma normasından artıq olmadığı hesab edilir.

Baqajın təhlükəsiz daşınması və mexaniki vasitələrdən istifadə etməklə emal olunmasını təmin edən qıfıllı çamadanlara və ya digər müvafiq konteynerlərə yığılmadığı halda Aviaşirkət həmin baqajın qeydiyyatdan keçmiş baqaj kimi qəbul olunmasından imtina etmək hüququna malikdir.

Aviaşirkət qeydiyyatdan keçmiş baqajın Sərnişinin daşındığı hava gəmisində daşınması üçün tədbirlər görməli və əgər tətbiq olunan qanunlar baqajın rəsmiləşdirilməsi üzrə gömrük prosedurlarında Sərnişinin iştirakını tələb edirsə, bunu təmin etməlidir. Əgər qeydiyyatdan keçmiş baqaj digər hava gəmisində daşınırsa, Aviaşirkət baqajın təyin olunan yerdə Sərnişinə qısa müddətdə çatdırılması üçün bütün tədbirləri görməlidir.

Baqajın qorunmasını təmin etmək üçün Aviaşirkət tövsiyə edir:

- səyahət üçün etibarlı qıfılları olan keyfiyyətli çamadanlardan istifadə edilməlidir;

- parçadan olan çamadanlardan və ya çantalardan istifadə olunarkən, kənar şəxslərin baqajı aça bilməməsi məqsədilə zəncirbəndi bağlamaq üçün asma qıfıllardan istifadə olunmalı, baqaj kəmər və ya iplərlə sarınmalıdır;

- hər uçuşdan sonra köhnə birkalar çıxarılmalıdır;

- baqajın xarici tərəfində üzərində ad qeyd olunmuş birkalardan istifadə olunmalıdır;

- baqajı tez tapmaq üçün ona lent bağlanılmalı və ya digər fərdi nişan qoyulmalıdır.

Aviaşirkət aşağıdakı əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür:

- tezsınan, kövrək əşyalar və tezkorlanan əşyalar;

- pullar

- açarlar;

- zinət əşyaları, qiymətli metallardan və gümüşdən hazırlanan məmulatlar;

- təbii xəz;

- elektron avadanlıq;

- kompyuter avadanlığı, kompyuter üçün komplektləşdirici hissələr, əlavələr, proqramlar;

- audio və video texnika, foto və kino aparatları, yardımçı əşyalar;

- eynəklər, binokllar və digər optik cihazlar;

- texniki, tibbi və digər sənədlər;

- işgüzar və şəxsi sənədlər;

- qiymətli kağızlar və əşyalar;

- istehsal avadanlığı və nümunələr/ şablonlar;

- video/audio kassetlər, disklər, disketlər və digər məlumat daşıyıcıları;

- tibb preparatları, avadanlıqlar;

- fotoşəkillər, əntiq mallar;

- əvəz edilməsi mümkün olmayan əşyalar;

- mayelər, ətriyyat, alkoqollu içkilər;

- alətlər.

Sərnişin bu tövsiyələri yerinə yetirmədiyi təqdirdə Aviaşirkət, həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanılması üçün məsuliyyət daşımır.

Qeydiyyata alınmış baqaj hava gəmisinin bortuna yükləndiyi andan təyinat /transfer məntəqəsində təhvil verilənədək Sərnişinin həmin baqaja toxunmasına icazə verilmir.

Bir baqaj yerinin çəkisi 32 kq-dan artıq olmamalıdır. Kütləsi böyük olan baqaj yeri Aviaşirkətin hava daşımaları qaydalarına müvafiq olaraq daşınmaya yalnız yük kimi qəbul olunur.

Litium ion batareyaların baqajda daşınması zamanı aşağıdakı qaydaya riayət olunmalıdır:

- Ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşımanın həyata keçiriləcəyi ölkə tərəfindən qadağa qoyulmadığı təqdirdə, Aviaşirkətlə razılaşdırılmadan, baqaj qismində məhdud miqdarda aşağıdakı təhlükəli əşyalar daşına bilər:

- istehsal qablaşdırmasının bir vahidinin maksimal həcminin 5 litrdən çox olmaması şərtilə, bir Sərnişinə 5 litrdən çox olmamaqla 70 dərəcəyədək alkoqollu içki (qeydiyyata alınmış baqajda);

- qeyri-radioaktiv dərman vasitələri və ya tualet ləvazimatı (saç üçün lak, odekolon, ətir, tərkibində spirt olan dərmanlar). Hər Sərnişin tərəfindən aparılan belə məmulatların ümumi netto çəkisi 2 kq/l-dan, hər bir ayrıca məmulatın netto-kütləsi isə 0.5 kq/l-dan artıq olmamalıdır ( qeydiyyata alınmış baqajda);

- şəxsi istifadə üçün nəzərdə tutulmuş, qızan elementinin örtüsü təhlükəsiz və etibarlı olan, ehtiyat balonu olmayan, saçları burmaq üçün karbohidrogen tərkibli vasitə. Bir Sərnişin yalnız bir belə vasitə apara bilər ( qeydiyyata alınmış baqajda);

- şəxsi istifadə üçün kibrit və ya ehtiyat bloku olmayan, maye qazla işləməyən alışqan (qeydiyyata alınmış baqajda );

- süni ətrafları hərəkətə gətirmək üçün karbon qazı tərkibli səyyar balonlar, habelə daşınma zamanı zəruri ehtiyatları təmin etmək üçün ehtiyat səyyar balonlar ( qeydiyyata alınmış baqajda);

- ürək əzələlərinin radioizotop stimulyatoru, yaxud litium batareyalarından qidalanan, insanın bədəninə implantasiya edilmiş digər vasitələr, yaxud müalicənin nəticəsi kimi insan bədənində olan radioaktiv farmasevtik preparatlar;

- şəxsi istifadə üçün nəzərdə tutulmuş etibarlı qablamada kiçik tibbi civə termometri, bir Sərnişinə bir ədəd olmaqla

Təhlükəli deşici, kəsici əşyaların daşınması

- Aviasiya təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün uçuşların təhlükəsizliyinə xələl gətirə biləcək bütün əşyaların Sərnişinlərin qeydiyyata alınmamış baqajı kimi hava gəmilərinin sərnişin salonunda daşınması qadağandır.

- Təhlükəli deşici və kəsici əşyaları, metal çəngəl-bıçağı, iş alətlərini, o cümlədən toxuma millərini, idman ləvazimatını, şprisləri, o cümlədən birdəfəlik şprisləri (uçuş zamanı inyeksiya tələb edilən sərnişinlər müvafiq tibbi arayış təqdim etməlidirlər), manikür ləvazimatını, silahı real imitasiya edən əşyaları, adətən Sərnişinlər tərəfindən daşınmayan digər əşyaları (velosiped zəncirləri, dəyənəklər və s.) əl yükünə daxil etmək qadağandır.

- Bədənə xəsarət yetirə biləcək bütün deşici, kəsici və ucu küt əşyalar qablanmalı və baqaja qoyulmalı, qeydiyyatdan keçdikdən sonra Sərnişindən ayrı olaraq hava gəmisinin baqaj bölməsində daşınmalıdır (qeydiyyata alınmış baqaj).

Sərnişinə şəxsi baxış keçirilərkən və əl yükü yoxlanılarkən tapılan bütün deşici və kəsici, habelə ona oxşar əşyalar təhlükəsizlik baxımından götürülür. Əgər belə əşyalar qeydiyyata alınmış baqaj kimi rəsmiləşdirilməmişdirsə, onların itməsi və ya zədələnməsi ilə əlaqədar Sərnişinə dəyən zərərə görə Aviaşirkət məsuliyyət daşımır və əvəzini ödəmir.

Ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşımanın həyata keçirildiyi ölkə tərəfindən qadağa qoyulmadığı təqdirdə, Aviaşirkətin razılığı ilə baqaj qismində məhdud miqdarda aşağıdakı təhlükəli əşyalar daşına bilər:

- Daşınma zamanı tezkorlanan məhsulların soyudulması üçün üstündə «Quru buz» və ya «Bərk karbon dioksidi» nişanı olan, ayrılan qazı buraxmağa imkan verən bağlamada 2 kq-dan çox olmamaq şərtilə quru buz ( qeydiyyata alınmış baqajda);

- Tibbi məqsədlərlə şəxsi istifadə üçün içində qaz halında oksigen, yaxud hava olan kiçik balonlar;

- partlayan və yandırıcı güllələr istisna olmaqla,qutularda etibarlı şəkildə qablaşdırılmış, bu Qaydaların 15.11.13. bəndində müəyyən edilmiş miqdarda döyüş sursatı (qeydiyyata alınmış baqajda);

- xəstələrin daşınması üçün kreslo-araba və ya şəxsi istifadə üçün nəzərdə tutulmuş, axıdılmayan batareya (batareyanın sıxaclarının qısa qapanmadan etibarlı mühafizə edilməsi və batareyanın kreslo-arabaya, yaxud hərəkətli vasitəyə bərkidilməsi şərtilə), ya da tərkibində maye batareyalarla təchiz edilmiş, akkumulyator batareyası ilə hərəkətə gətirilən vasitələr (qeydiyyata alınmış baqajda);

- dövlət hava bürosunun və ya analoji rəsmi orqanın nümayəndəsinin apardığı civə barometri və ya termometr (qeydiyyata alınmış baqajda );

- özüdoldurulan xilasedici jiletə birləşdirilmiş, tərkibində alovlanmayan karbon qazı olan qaz balonu, bir sərnişin üçün iki kiçik balon və onlar üçün iki ehtiyat doldurucu (qeydiyyata alınmış baqajda);

- istilik hasil edən məmulatlar, məsələn, şəxsi istifadə üçün sualtı lampalar və qaynaq avadanlığı (qeydiyyata alınmış baqajda );

“Azərbaycan Hava Yolları” Sərnişin Aviasiya Şirkətinin bütün uçuşlarında litium batareyalarla təchiz edilmiş elektron skuterlərin, seqveylərin əl yükü, qeydiyyatdan keçmiş baqaj və ya yük qismində daşınması qadağandır.

Ayşən Vəli