"Neftçi" - "Spartak" matçının başlama saatı açıqlanıb

18 Mart 2024 12:13 (UTC+04:00)

"Neftçi" və Rusiyanın "Spartak" (Moskva) komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq oyununun başlama saatı bəlli olub. "Ağ-qaralar"ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş saat 18:00-da başlayacaq.

Biletlərin tezliklə satışa çıxarılacağı vurğulanıb.

Qeyd edək ki, qarşılaşma martın 23-də "Neftçi Arena"da reallaşacaq.