İraqda ABŞ-ın hücumunda Hizbullah komandiri öldürülüb

8 Fevral 2024 18:07 (UTC+04:00)

ABŞ ordusu Orta Şərqdəki əsgərlərinə qarşı hücumlara cavab olaraq İraqdakı Kataib Hizbullah qruplaşmasının komandirini öldürdüyünü açıqlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada ABŞ qüvvələrinin öz əsgərlərinə edilən hücumlara cavab olaraq İraqda təktərəfli hücuma keçdiyi bildirilib.

Açıqlamada hücumda bölgədə ABŞ qüvvələrinə qarşı hücumların planlaşdırılması və iştirakından birbaşa məsul olan Ketaib Hizbullah komandirinin öldürüldüyü qeyd edilib.

İraq administrasiyası ABŞ-ın şiə milis qüvvələrinin komandiri Həşd əş-Şabini hədəf almasını "suverenliyə hücum olduğunu və bütün razılaşmaları pozduğunu" açıqlayıb.

İraq hökumətinə bağlı Təhlükəsizlik Media Şəbəkəsinin rəhbəri general Tahsin Hafaci yazılı açıqlamasında ABŞ-ın Bağdadda Həşdi Şabi komandirinə hücumunun İraq və ABŞ arasındakı bütün razılaşmaları pozduğunu bildirib və əlavə edib: “ABŞ və İraqın təhlükəsizliyini və rifahını təhdid edən bu hücuma görə koalisiya məsuliyyət daşıyır. Biz onların qüvvələrini məsuliyyət daşıyırıq” deyib.

Hafaci bu hücumun İraqın suverenliyinə qarşı “düşməncəsinə pozuntu” olduğunu qeyd edib və bunun region üçün təhlükəli nəticələri olacağını vurğulayıb.

İraqdakı şiə milis qüvvələri Həşd əl-Şaabi paytaxt Bağdadda hava hücumu nəticəsində komandirlərindən Əbu Bəkr əs-Sədinin öldürüldüyünü açıqlayıb. Maşını hava hücumu ilə hədəf alan Sədinin hücumda öldüyü bildirilib.

İranın dəstəklədiyi “Kətaib Hizbullah” (Hizbullah Briqadaları) kimi tanınan qrup, çətir təşkilatı olan “Haşd əş-Şaabi”nin ünsürlərindən birini təşkil edir.

Qeyd edək ki, ABŞ yanvarın 29-da İordaniya-Suriya sərhədində yerləşən bazasına 3 əsgərinin ölümü ilə nəticələnən hücuma görə İranın dəstəklədiyi qrupların məsuliyyət daşıdığını bildirib.