“COP29-un ölkəmiz üçün müstəsna əhəmiyyəti var” - ŞƏRH EDİLDİ

8 Fevral 2024 15:27 (UTC+04:00)

“COP29 kimi dünya səviyyəli bir layihəyə ev sahibliyi etməyimizin bizim üçün müstəsna əhəmiyyəti var. Çünki Azərbaycan bu gün qlobal mənada iqlim problemləri ilə bağlı məsələlərdə ön sıralarda yer alan dövlət olduğunu bütün dünyaya nümayiş etdirir. Əslində COP29-a ev sahibliyinin Azərbaycana verilməsi ölkəmizin dünya miqyasındakı dəyərinin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, COP29 çərçivəsində Azərbaycana yüzlərlə ölkədən tanınmış ictimai-siyasi xadimlər gələcək: “Onlar ölkəmizdə olduğu müddət ərzində Azərbaycanın inkişafı, qlobal təşəbbüslərə liderliyinin bir daha şahidi olacaqlar. Bu baxımdan COP29 Azərbaycanın tanıdılması və həqiqətlərin dünyaya çatdırılması üçün mühüm beynəlxalq kürsüdür”.
Müəllif: Səbinə Hüseynli