“İnter” doğma meydanda “Napoli”yə qalib gələ bilmədi

18 Mart 2024 02:12 (UTC+04:00)

İtaliya çempionatının 29-cu turunun mərkəzi oyununda “İnter” öz stadionunda “Napoli” ilə heç-heçə edib - 1:1. SİA xəbər verir ki, matçın ilk qolu birinci hissənin sonlarına təsadüf edib - Matteo Darmian fərqlənib. Fasilədən sonra hər iki komandanın qol imkanları olsa da, qonaqlar şanslarından istifadə ediblər - Juan Jezus matçın sonunda fərqlənib.

Bu matçdan sonra “İnter” A Seriyasının turnir cədvəlinə inamla başçılıq etməkdə davam edir. “Napoli” yeddinci yerdədir.

Qeyd edək ki, İtaliya çempionatının növbəti turunda “İnter” ukraynalı Viktor Kovalenko ilə “Empoli”, “Napoli” isə “Atalanta” ilə qarşılaşacaq.