Seçki günündə təcili tibbi yardım xidmətinə 6 müraciət olub

8 Fevral 2024 12:02 (UTC+04:00)

7 fevral, növbədənkənar prezident seçkiləri günündə təcili tibbi yardım xidmətinə yüngül simptomlarla 6 müraciət olub. Bu barədə SİA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onlara yerində ilkin yardım göstərilib.