İstanbul əhali sayı baxımından 131 ölkəni geridə qoyub

8 Fevral 2024 01:34 (UTC+04:00)

Türkiyənin ən izdihamlı əhalisi olan İstanbul şəhəri 2023-cü ildə əhalisi 15 milyon 655 min 924 nəfərə qədər azalmaqla belə, 131 ölkəni geridə qoyub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Statistika İdarəsinin (TÜİK) və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) 2023-cü il məlumatlarına görə, İstanbulun əhalisi 2023-cü ildə keçən illə müqayisədə 252 min 72 nəfər azalaraq 15 milyon 655 min 924 nəfərə enib.

Türkiyə əhalisinin 18,34 faizini təşkil edən şəhərdə 7,80 milyon kişi və 7,84 milyon qadın yaşayır.

Avropanın da ən izdihamlı şəhəri olan İstanbul keçən il əhalinin azalmasına baxmayaraq, 131 ölkədən daha çox insana ev sahibliyi edir.

10,2 milyon əhalisi olan Portuqaliya və Macarıstan, 12,5 milyon əhalisi olan Tunis və 11,7 milyon əhalisi olan Belçika İstanbuldan əhali sayı az olan ölkələr sırasındadır.

İstanbulun əhali sayına görə geridə qoyduğu digər ölkələr kimi İordaniya, Yunanıstan və Azərbaycan da qeydə alınıb.