Röya Ayxan Türkiyədə səs verdi

7 Fevral 2024 19:38 (UTC+04:00)

Xalq artisti Röya Ayxan növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. SİA xəbər verir ki, pop-kraliça işləri ilə əlaqədar Türkiyədə olduğundan Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğuna gedərək səsvermədə iştirak edib.

Bu barədə müğənninin Mətbuat xidməti məlumat yayıb.