“Uşaqlığın arterio-venoz malformasiyası”

6 Fevral 2024 13:21 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin IV kurs rezident-həkimi Güllüxanım Rəhimova 10 fevral 2024-cü il tarixində saat 12.30-da “Uşaqlığın arterio-venoz malformasiyası” mövzusunda təqdimatla çıxış edəcək. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının konfrans zalında əyani və zoom vasitəsilə gerçəkləşdiriləcək bu seminarda Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqları, mama-ginekologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştiraka dəvətlidir.

İştirak üçün aşağıdakı keçiddən qeydiyyata düşmək tələb olunur. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/tD2xfs.