Vebinar keçirilib - FOTO

5 Fevral 2024 15:00 (UTC+04:00)

2 fevral 2024-cü il tarixində Birmingem Qadın və Uşaq Xəstəxanası ilə Mərkəzi Gömrük Hospitalı arasında olan əməkdaşlıq memorandumuna əsasən “Sağrı gəlişi ilə vaxtında doğuş tədqiqatı – 20 il ərzində vaginal sağrı gəlişi doğuşunun modelləşdirilməsi” mövzusunda vebinar keçirilib. SİA xəbər verir ki, vebinarda Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramova, o cümlədən şöbənin digər həkim və rezidentləri iştirak ediblər. Vebinarda mövzu ilə ən son tibbi yeniliklər barədə məlumat verən Nottingem Universitetinin fəxri professoru Jim Thornton Mərkəzi Gömrük Hospitalına göstərdiyi təşkilati dəstəyə görə təşəkkür edib.

Vebinar təqdimatın dinlənilməsi və dinləyicilərin suallarının cavablandırılması vasitəsilə interaktiv şəkildə həyata keçirilib.