Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı AÇIQLANDI

5 Fevral 2024 13:17 (UTC+04:00)

2024-cü ilin yanvar ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 140 141 nəfər olub. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən xəbərə görə, onların 107 428 nəfəri yaşa, 14 706 nəfəri əlilliyə, 18 007 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.