“Həkimlərimizi tanıyın!” rubrikamızda

5 Fevral 2024 09:46 (UTC+04:00)

Sizə kollektivin və pasiyentlərin böyük rəğbətini qazanmış Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Dr. Tamilla Əliyevanı təqdim edirik.
Pasiyentlərinə qayğı ilə yanaşan yüksəkixtisaslı kardioloq Dr.Tamilla Əliyeva pasiyentlərin müalicəsində və ürək xəstəliklərinin qarşısının alınmasında ən müasir effektiv metodlardan istifadə edir. Eyni zamanda, Dr.Tamilla Əliyevanın poliklinikanın düzgün və yüksək səviyyədə idarə edilməsində böyük təcrübəyə malikdir. Tamilla həkim Hospitala yeni işə gələn personala məsləhətlər və tövsiyələr verir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tamilla-aliyeva/#
Dr. Tamilla Əliyeva 1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsində ali təhsil almış, 1986-1987-ci illərdə 3 saylı Bakı şəhər xəstəxanasında terapevt ixtisası üzrə internaturanı bitirmişdir. 1987-2002-ci illərdə 3 saylı Bakı şəhər poliklinikasında həkim kardioloq, 2002-2007-ci illərdə özəl tibb müəssisəsində kardioloq və poliklinikanın müdiri, 2007-2018-ci illərdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində kardioloq, ambulator şöbənin müdiri vəzifəsində işləyib. 2018-ci ildən etibarən Dr.Tamilla Əliyeva Mərkəzi Gömrük Hospitalında kardioloq və eyni zamanda Poliklinika şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərir.
Tamilla həkim daim öz üzərində işləyir, dünya tibb ədəbiyyatını izləyir və öyrənir, öz işində mütərəqqi müalicə üsullarından istifadə edir. Dr.Tamilla Əliyevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.