Süni intellektlə işləyən ilk kommersiya peyki

4 Fevral 2024 23:36 (UTC+04:00)

Çin süni intellekt texnologiyası ilə işləyən dünyanın ilk kommersiya hiper peykini orbitə göndərdi.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) məlumatına görə, "Xingshidai-18" (Rongpiao) adlı peyk Tayyüen Peykatma Mərkəzi tərəfindən “Smart Dragon-3” (SD-3) raketi ilə Çinin cənubundakı Quanqdonq əyalətindəki Yangciang sahilindən 4 fevral səhəri yerli vaxtla saat 11.06-da orbitə buraxılıb.

Raket Misirin “NExSat-1” peykini də orbitə aparıb.

“Guoxing Aerospace Technology Company” tərəfindən istehsal olunan "Xingshidai-18" peyki Yer orbitinə göndərilərək süni intellektlə işləyən ilk kommersiya peyki sayılır.