Afra barışdıqdan sonra ilk dəfə danışdı

4 Fevral 2024 06:51 (UTC+04:00)

Türkiyəli aktrisa Afra Saraçoğlu ilə sevgilisi, aktyor Mərd Ramazan Dəmirlə barışdıqdan sonra ilk dəfə bu barədə danışıblar. SİA xəbər verir ki, cütlük Afra Saraçoğlunun evindən çıxarkən görüntülənib.

Afra barışmaqları barədə bunları söyləyib: "Barışdıq, özəl suallar verirsiniz".

Onlar daha sonra isə Arnavutköydə restoranların birində səhər yeməyi yeyiblər.

Qeyd edək ki, Afra və Mərd "Yalı çapkını" serialında rol alır. Onlar ötən ilin sonlarında ayrılmışdı.