Nadir Qafarzadə əməliyyat olundu

4 Fevral 2024 03:44 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə əməliyyat olunub. SİA xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

Gözünü əməliyyat etdirən ifaçı səhhətinin yaxşı olduğunu deyib: "İndi yaxşıyam. Qulluq lazımdır. Allah heç kimi orqanları ilə sınağa çəkməsin. Bütün orqanlar lazımdır. Amma göz daha çox... Ailəm də yanımdadır, qızım, yoldaşım... Gəliblər ki, mənə qulluq edələr".