“Günün günorta çağı” Byankanı oğurlamaq istəyiblər..?

3 Fevral 2024 23:25 (UTC+04:00)

Elə bil, qızqaçırmaya çıxıbmışlar...

Deməli, onlar müğənni Byankanı Moskvanın mərkəzində qaçırmağa cəhd ediblər. Kişi ona hücum edərək onu zorla maşına mindirməyə çalışıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tatyana Lipnitskaya (xalq arasında Bianka kimi tanınır-A.B.) manikür etmək üçün gözəllik salonuna gedib. Ulduz artıq salonun qapılarına yaxınlaşırdı ki, “Çikatilo üzü” olan bir kişi ona tərəf qaçıb. Onu çubuqla hədələyib və maşına minməsini tələb edib. Müğənninin sözlərinə görə, o, elə qışqırıb ki, az qala Minskdə də eşidilib (yadımdaykən deyim ki, o Minskdə doğulub-A.B.).

Və sonda Byankanı qaçıran kişi dabanına tüpürməli olub.

İfaçı hücumçunun hündür olduğunu - təxminən iki metr, tünd aşağı gödəkçə geyindiyini xatırladıb.

Hazırda müğənni bayıra çıxmaqdan qorxduğu üçün artıq psixoloqa müraciət edib. Ulduzun vəkili isə polisə şikayət edib-etməyəcəyinə qərar verir.

Nazlı