Bu Agentliyə yeni sədr TƏYİNATI

2 Fevral 2024 14:17 (UTC+04:00)

Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri təyin olunub. SİA xəbər verir ki, o, bu təyinatadək İZİA-da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Bu vaxta qədər həmin vəzifədə çalışan Elşad Nuriyev isə "Bakı Gəmiqayırma Zavodu"nun İdarə Heyətinin sədri təyin edilib.