Külək enerjisindən istifadə etməkdə rekord...

1 Fevral 2024 23:45 (UTC+04:00)

...Yeri gəlmişkən, Estoniyanın külək stansiyaları istehsal olunan elektrik enerjisinin həcminə görə milli rekorda imza atıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri ERR yayıb.

Bazar ertəsi günorta saat 11-12 arası Estoniya külək stansiyalarının ümumi gücü 381 MVt təşkil edib ki, bu da ölkə üçün tarixi rekorda çevrilib.

Bundan əlavə, yanvar ayı istehsal olunan külək elektrik enerjisinin həcminə görə ölkə üçün rekord ay olub - 120 GVt. Son bir ildə Estoniyada külək elektrik stansiyalarının gücü 100 MVt, demək olar ki, 30 faiz artıb.

Şəbəkə operatoru Elering ən küləkli saatların yaxın gələcəkdə istehlakçılar üçün elektrik enerjisinin mübadilə qiymətinə əhəmiyyətli təsir göstərəcəyini gözləyir.

Yeri gəlmişkən, Estoniyadakı günəş elektrik stansiyaları 2023-cü ildə külək elektrik stansiyalarından bir qədər çox elektrik istehsal edib.

Nazlı