Uşaqlarda danışmağın gecikməsi - SƏBƏBLƏR VƏ ÇIXIŞ YOLLARI - AYDINLIQ GƏTİRİLDİ

1 Fevral 2024 15:37 (UTC+04:00)

“Uşaqlarda danışmamaq müxtəlif səbəblərdən ola bilir. Bəzən sinir sisteminin zədələnməsi nəticəsində bətndaxili gipoksiya, hansısa zədələnmədən ola bilər. Hətta uşaqların qulaqlarında anadan gəlmə eşitmə olmur, buna görə də nitq ləngiyir”. Bunu SİA-ya açıqlamasında həkim-pediatr Amaliya Muradova deyib.

Onun sözlərinə görə, bəzən hansısa yaş dövründə məlum olur ki, eşitmədiyinə görə nitqi geri qalır: "Ümumiyyətlə nitqin geri qalması hallarında uşağa nə deyilirsə onu başa düşür, deyilənlərə əməl edir və yerinə yetirir. Amma nitq ləngiyir bu da uşaqlarla ünsiyyətdə az olanda olur. Bu cür uşaqlar bağçaya gedəndə uşaqlarla ünsiyyət qurduqda daha tez danışmağa başlayacaqlar.

Əgər nitqin ləngiməsi mərkəzi sinir sisteminin zədələnməsi fonundadır və doğuş travması bətndaxili zədələnməklə əlaqədədisə, onda beyin qan dövranını yaxşılaşdıran müəyyən qrup dərmanlarından istifadə olunur. Yəni zehni qabiliyyəti təfəkkürü yaxşılaşdıran dərmanlardan istifadə olunur. Nitq əgər sosial ünsiyyət zəifliyi ilə əlaqəlidirsə, o zaman ona dərman lazım deyil. Əgər təfəkkür, düşüncə varsa sadəcə nitq ləngiyirsə onda dərman ehtiyac deyil”.

Sevilin Abbasova