Veb-kameralar seçkiləri obyektiv şəkildə izləməyə imkan verəcək

31 Yanvar 2024 18:48 (UTC+04:00)

Azərbaycanda uzun illərdir veb-kameralardan istifadə olunur. Seçkilərlə bağlı bütün ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu da seçkiləri obyektiv şəkildə izləməyə imkan verəcək. Belə ki, hər bir şəxs dünyanın istənilən yerindən seçki prosesini izləyə biləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

O bildirib ki, seçkilərin keçirilməsində aşkarlıq birinci göstəricilərdəndir. Bu aşkarlığın təmin edilməsi də media subyektləri və veb-kameralar vasitəsilə həyata keçirilir.