Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov Heydər oğlu Gömrük orqanlarında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla bütün kollektiv Dr. Namiq Novruzovu bu münasibətlə təbrik edir, peşəkar fəaliyyətində yeni-yeni uğurlar arzulayır!