“Diqqət, Xəbər” Telegram kanalı xəbər verir ki, RU domeni ilə bir çox saytların işində kütləvi fasilə yaranıb.
İndi istifadəçilər Yandex, Sberbank, Ozon, Wildberries, universitetlər və medianın veb saytlarında böyük problemlər yaşayırlar.
MTS, MegaFon və provayder Rostelecom mobil operatorları istifadəçilərin yalnız şirkətlərin elektron səhifələrini deyil, həm də smartfonlarda yerli proqramları aça bilməyəcəyini bildirir.
Rusiyanın iri şəhərlərində, o cümlədən Moskva və Sankt-Peterburqda fasilələr müşahidə olunur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,
xaricə çıxışla bağlı problemlər olduğu bildirilir. Ölkədən kənarda olan ruslar da bank proqramlarından istifadə edə bilməmək problemi ilə üzləşirlər.
Qeyd edək ki, daha əvvəl Telegram messencerində nasazlıq Krasnodar və Rostovda baş verib. Daha sonra istifadəçilərin 83 faizi proqramdan istifadə edə bilməməkdən şikayətlənib.
Nazlı