Azərbaycanın dünya miqyasında yerinin və rolunun möhkəmlənməsi, xüsusilə də, 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etməsi yerli və xarici məkrli dairələri ciddi şəkildə narahat edib. Bu səbəbdən də, Azərbaycana qarşı boş və mənasız açıqlamalarını qərəzli qətnamələrinin qəbulu ilə əvəzləyiblər. Almaniya və Fransanın müdaxiləsi və müəllifliyi ilə Azərbaycanın AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılması barədə qəbul edilən qərəzli qətnamə də ümumilikdə ölkəmizin möhtəşəm uğurlarına, qələbələrinə olan qısqanclıq hissindən irəli gəlir. 30 il AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Belə bir anormal qərarın qəbul edilməsi ölkəmizdə keçiriləcək 7 fevral prezident seçkiləri dönəminə təsadüf etdiyindən heç şübhəsiz ki, məkrli qüvvələr seçki prosesinə xələl gətirmək məqsədi güdüblər. Nəzərə alınmalıdır ki, AXCP, Müsavat, Milli Şura başbilənləri seçkilərin boykot edilməsi barədə anormal qərar veriblər. Bununla da öz acizliklərini və zəifliklərini bir daha nümayiş etdiriblər. Təbii ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı boykot qərarını öz ağılları və düşüncələri əsasında verməyiblər. Onları bu təxribata məcbur edən qüvvələr var, hansı ki, həmin qüvvələrin bir qismi AŞPA-da Azərbaycan haqqında qərəzli və qurum üçün rüsvayçı qətnamə qəbul etdi. Əgər belə olmasa idi Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı və digərləri azərbaycanlı olduqlarını sübut etmək üçün qurumun qərarına etiraz edər, AŞPA prezidentinə məktub ünvanlayardılar.
Tərbiyədən və əxlaqdan kənar olanlar dağıdıcı düşərgəyə toplaşıb
Görünən ondan ibarətdir ki, bu məxluqlar qərarın qəbulundan sevincək olublar, bir-birini təbrik edir, sosial şəbəkələrdə məmnunedici statuslar paylaşırlar. Məsələn, AXCP sədri Əli Kərimli paylaşdığı statusunda yazır: "Biz Avropadan uzaqlaşdıqca, Ermənistanın dostları artacaq. Bizim Avropa ilə döyüşməyimiz Ermənistanın müttəfiqlərini çoxaldacaq. Anti-Avropa siyasəti onsuz da bərbad gündə olan iqtisadiyyatımıza güclü zərbə vuracaq. Azərbaycanın maddi yardım, sərmayə, kredit, texnologiya əldə etmək imkanları məhdudlaşacaq. Avropadan imtina edib, Mərkəzi Asiyalaşmaq siyasəti davam etdikcə, sadə azərbaycanlının Avropaya vizasız gediş-gəliş arzusu arzu olaraq qalacaq, repressiyalar davam edəcək, məmur özbaşınalığı, hüquqsuzluq və yoxsulluq artacaq. Xalqımız fərqində olmalıdır: rejimin bu anti-Avropa siyasətindən itirən təəssüf ki, biz azərbaycanlılar olacaq".
Eyni sayıqlamanı Milli Şuranın qeyri-ciddi məxluqu Gültəkin Hacıbəyli də səsləndirib, təbii ki, öz səviyyəsinə uyğun olaraq: "Dağıl, ay Avropa, üstünə İrasim gəlir və ya qara məni basınca mən qaranı basım. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumda fəaliyyətini dayandirdı". AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib". Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. Dağıdıcı müxalifətin "bomoj"u, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli paylaşdığı statusu ilə tərbiyədən və əxlaqdan kənar məxluq olduğunu ortaya qoyur: "Ölkədə insan hüquq və azadlıqlarının ifrat dərəcədə tapdandığına görə nümayəndə heyətimiz AŞPA-dan qovuldu. Ermənistanda revanşist meyllərin artdığı dövrdə, Azərbaycanın öz haqlarını qoruması üçün Avropa Şurası kimi mühüm beynəlxalq platformadan məhrum olması gələcəkdə ciddi problemlərin yaranmasına səbəb ola bilər. Nəzərə alsaq ki, insan hüquq və azadlıqlarının pozulması səbəbindən Azərbaycana qarşı sanksiyaların tətbiq olunması Avropa İttifaqı və ABŞ-ında gündəmindədir, ölkəmizin beynəlxalq səviyyədə müdafiə imkanlarını heçə endirəcək. Bu səbəbdən ölkəmizdə insan haqlarını tapdamasının heç bir perspektivinin olmayacağı qəbul olunmalıdır".
Dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqına düşmən kəsiliblər
Bir sözlə, dağıdıcı müxalifət düşərgəsinin satqın və xəyanətkar məxluqları və xaricdəki antimilli ünsürlər ermənipərəst təşkilatların ölkəmizə qarşı qərəzli qərarlarından xoşhal olublar. Bu da bir daha onu təsdiq edir ki, dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqına düşmən kəsiliblər. Həm də təsdiq olunur ki, onlar üçün heç bir dəyər və anlayış deyilən məfhum yoxdur. Qürur və şərəfdən də uzaqdırlar. Düşünmürlər ki, Azərbaycanda doğulublar, ölkəmizin suyunu içib, çörəyini yeyiblər, hər cür naz-nemət içində yaşayıb, özlərinə gözəl imkanlar qazandırıblar. Xaricə üz tutub, orada yaşamaq da Azərbaycanda əldə etdiklərinin üstündən xətt çəkmək demək deyil. Lakin fakt budur ki, Azərbaycanın dağıdıcı müxalifəti və xaricdəki antimilli ünsürlər çox asanlıqla Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vurmağa çalışırlar. Əminəm ki, bir gün onlar etdiklərinə görə peşman olacaqlar və ya hüquq-mühafizə orqanları onları peşman edəcəklər. O zaman isə artıq gec olacaq. Necə deyərlər, sonrakı peşmançılıq fayda verməz.
İLHAM ƏLİYEV