Məşhur türk müğənni Serdar Ortaç Bakıya gəlir. SİA xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında səhnəyə çıxacaq. Ortaç 5 apreldə sevilən hitləri ilə azərbaycanlı pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, hər fürsətdə Azərbaycan mahnılarına xüsusi vurğunluğunun olduğunu dilə gətirməkdən çəkinməyən ulduz, konsertində Azərbaycan mahnıları da ifa edəcək.