Fransada fermerlər supermarketlərin anbarını yandırıblar

30 Yanvar 2024 01:14 (UTC+04:00)

Fransanın cənubundakı Nim şəhəri yaxınlığında fermerlərin keçiridiyi etiraz aksiyaları zamanı "Lidl" supermarketinin anbarı yandırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanğın Nimdən traktorlarla gələn onlarla naməlum şəxs tərəfindən törədilib.

Sen-Sezer kommunasında yerləşən "Auchan" mağazasının anbarına 40-a yaxın traktor gəlib. Onlar anbarın girişinə tökülən təkərləri, ot və peyinləri yandırıblar.