Bildiyiniz kimi, hamımız soyuq qış aylarında asanlıqla isinməyəcəyimizi düşünürük və gecə yatanda corablarımızı çıxarmaq istəmirik. SİA xəbər verir ki, corabla yatmaq ayaqlarınızı çox isti saxlayır, bu da bədən istiliyinizi aşağı salır və yuxuya getməyinizi çətinləşdirir. Ancaq çox isti və ya soyuq bir mühitdə yatmaq yuxu rejiminizi poza bilər. Gecələr corabla yatmaq isinmək üçün yaxşı fikir kimi görünsə də, görəsən bunun bizə zərəri varmı?
Gecə corabla yatmaq qan dövranının pozulmasına səbəb olur, nəzərə alsaq ki, corabların elastikləri topuqlarımızı uzun müddət sıxır və həmin nahiyədəki damarları daim daralacaq vəziyyətdə saxlayır. Gecələr uzun müddət corabla yatmaq ayaq və dırnaqlarda deformasiyaya, ayaq barmaqlarında göyərmələrə, dəridə quruluğa səbəb olur. Gecə corabla yatmaq ayaqların uzun müddət nəfəs almasına mane olduğu üçün göbələk xəstəliklərini də çağırır. Ayaqlarda ekzema meydana gəlməsi də qaçınılmaz olacaq.
Ayaqlarda baş verə biləcək mümkün xəstəliklərdən biri də göbələkdir.
Göbələk infeksiyaları ayaqlarımızın kifayət qədər hava almaması, ayaqqabı geyinərkən uyğun olmayan corabların istifadəsi, həddindən artıq tərləmə nəticəsində yarana bilən və müalicəsi uzun müddətli olan xəstəlikdir.
Dırnaqların batması da ayaqda çox dar və qalın corabların istifadə edilməsi və zamanla barmaqlarda meydana gələn deformasiyalar nəticəsində dırnaq batma dediyimiz xəstəliyə səbəb olur. Müalicə prosesində və xəstəliyin mərhələlərində insana çox əziyyət verə bilən xəstəlikdir.
Qeyd edək ki, corabların üzərində qalan yuyucu vasitə qalıqları uzun müddət təmas nəticəsində qıcıqlandırıcı dermatit və ya allergik dermatit yarada bilər. Daha sonra isə ayaqlarda qaşınma, qızartı kimi şikayətlərə səbəb ola bilər, həmçinin dərinin quruması ilə birlikdə qaşınmaya səbəb ola bilər. Ayağımızı tərlətməyən pambıq corablar geyinməli, corablarımızı tez-tez dəyişdirməliyik.
Sevilin Abbasova