SİA-nın əldə etdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik sistemləri ilə bağlı köklü inanclar faciəli nəticələrə gətirib çıxardı:

“Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa variantı yoxdur. Və biz müasir silahların əldə edilməsi yolu ilə gedirik. Silahların alınması üçün çoxmilyardlı müqavilələr bağlamışıq”.