"Vətən fədailəri: Şəki şəhidləri" - KİTAB TƏQDİMATI

26 Yanvar 2024 21:10 (UTC+04:00)

Yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi səkkizinci (ümumilikdə onuncu) kitabı olan "VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ" adlı kitabının ikinci təbliğat yönümlü təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında keçirilən təqdimat mərasimində dövlət rəsmiləri, şəhid ailələri, qazilər, hərbçilər, kitabxana rəhbərləri, media nümayəndələri, QHT sədrləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Dövlət himni səsləndikdən sonra bir dəqiqəlik sükutla şəhidlərimiz anılıb. Sonra İlk olaraq layihənin rəhbəri Manya Səxavətqızı və ardınca layihənin dəstəkçisi Şahin Məmmədov qonaqları salamlayaraq "VƏTƏN FƏDAİLƏRİ" layihəsi haqqında məlumat veriblər.

Milli Məclisin deputatı Vüqar İsgəndərov, AMEA-nın Mərkəzi Elmi kitabxanasının direktoru Məmməd Əliyev, şəhid atası Pərviz müəllim, şəhid anaları Ceyran xanım, Dursun xanım, Sevər xanım, Gülnarə xanım, Gülnar xanım, şəhid yoldaşı Röyalə xanım, Azərbaycan Yazıçılar Birliyinin Aran bölgəsinin sədri Sərvaz Hüseynoğlu, Elvin Dadaşov, Pəsərək Fərzalı, Cabir Novruz Mədəniyyət Fondunun fəxri üzvü Rəsmiyyə xanım çıxış edərək kitab və tədbir haqqında öz fikirlərini dilə gətiriblər.

Tədbirin sonunda xatirə fotosu çəkilib. Mərkəzi Elmi Kitabxananın direktoru professor Məmməd Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılmış Qarabağ fondu ilə tanış olublar.

Vətəni yaşadanları sətirlərdə yaşatmaq özü də bir fədakarlıqdır.