Model və aktrisa Masuimi Maks ölü tapılıb

27 Yanvar 2024 20:06 (UTC+04:00)

...Müntəzəm olaraq parlaq jurnalların, o cümlədən “Playboy” və “Maxim” kimi nəşrlərin üz qabığına çıxan amerikalı aktrisa və model Masuimi Maks vəfat edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mart ayında onun 46 yaşı tamam olacaqdı.

Deyilənlərə görə, yanvarın 25-də modelin Las-Veqasdakı evinə gələn polis, onu ölü tapıb.

Mənbə sənətçinin ölümünün şərtlərini və səbəblərini açıqlamayıb, hadisədə cinayət tərkibi olmadığını qeyd edib.

Bununla belə, hüquq-mühafizə orqanları vəziyyətlə bağlı “hərtərəfli araşdırmaya” başlayıb.

Qeyd edək ki, Maks Arkanzasda Koreya və alman əsilli hərbçi ailəsində anadan olub. Los-Anceles və Dallas, Koreya və Filippində yaşayıb.

Yeri gəlmişkən, Masuimi Maks 1999-cu ildə ekranda debüt edib və “Zəhərli qisasçı”, “Qorxu faktoru”, “Tunel”, “Zibillikdən gələn nağıllar”, Linçin “Daxili İmperiya”, “Şeytanın ilhamı” filmlərində rol alıb.

Nazlı