Qızılcaya yoluxan aparıcı xəstəxanaya yerləşdirildi

27 Yanvar 2024 03:40 (UTC+04:00)

63 yaşlı aparıcı Həmid Herisçi xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə onun aparıcı həyat yoldaşı İlhamiyyə Rza sosial şəbəkədə məlumat yayıb. O, Həmid Herisçinin qızılcaya yoluxduğunu bildirib:

"Həmid modul tipli xəstəxanaya yerləşdirilib. Ümid edirəm ki, dualarınızla tezliklə sağalacaq".