Türkiyənin ilk astronavtı Alper Gezeravcı "Axiom-3" (Ax-3) missiyasının rəhbəri Maykl Lopez-Alegria ilə nahar etdiyi anın görüntüsünü paylaşıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Gezeravcı paylaşımı “X” sosial media hesabından edib.
“Komandir Maykl ilə Beynəlxalq Kosmos Stansiyasında şam yeməyi keyfi”, – deyə astronavt paylaşıma başlıq yazıb.
Lopez-Alegria da eyni mesajı paylaşaraq, “Türkiyənin ilk astronavtı ilə BKS-də yemək kefi!” deyib.
Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır da bu postdan sitat gətirərək, "Nuş olsun" deyib.
BKS-də işini davam etdirən Alper Gezeravcı bu gün sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşəcək.
Kacırı Aviasiya, Kosmos və Texnologiya Festivalı (Teknofest) yarışmacıları da müşayiət edəcək.
Qeyd edək ki, Türkiyənin ilk kosmos sərnişini Alper Gezeravcının da olduğu "SpaceX" kosmik gəmisi 19 yanvarda NASA-nın Floridadakı Kennedy Kosmik Mərkəzindən buraxılıb.