Jurnalistə yüksək vəzifə VERİLDİ

26 Yanvar 2024 15:05 (UTC+04:00)

Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub. SİA xəbər verir ki, MEDİA-nın Müşahidə Şurasının ilk iclasında Əməkdar jurnalist Natiq Məmmədli Agentliyin icraçı direktorunun təqdimatı əsasında Müşahidə Şurasının səsverməsiylə İcraçı direktorun müavini təyin edilib.

Qeyd edək ki, N.Məmmədli indiyə kimi Agentlikdə Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsinə çalışıb.