"Həkimlərimizi tanıyın!” rubrikamızda

26 Yanvar 2024 09:39 (UTC+04:00)

Sizə xoş, mehriban rəftarı ilə pasiyentlərin hörmətini və rəğbətini qazanmış terapevt Nazilə Xəlilbəyovanı təqdim edirik.
DR.NAZİLƏ XƏLİLBƏYOVA Mərkəzi Gömrük Hospitalında daxili orqanların, tənəffüs yolları orqanlarının, mədə-bağırsaq sistemi xəstəliklərinin diaqnostikası və adekvat müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nazile-xelilbyova/.
Dr. Nazilə Xəlilbəyova 1990-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş və 1990-1991-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə İnstitutunda internatura keçmişdir.
Əmək fəaliyyətinə 1992-ci ildə başlayaraq, 2015-ci ilə qədər Nazilə həkim müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-terapevt vəzifəsində çalışıb. Dr. Nazilə Xəlilbəyova 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında həkim-terapevt kimi fəaliyyət göstərir.
Dr. Nazilə Xəlilbəyova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. O, bir sıra xarici ölkələrdə olaraq təkmilləşdirmə kurslarında iştirak etmişdir. 1998-ci və 2000-ci illərdə Avstriyanın Zalsburq şəhərində “İlk tibbi yardım” kurslarında, 2001-ci və 2011-ci illərdə Türkiyənin İstanbul şəhərində "Daxili xəstəliklər" üzrə kurslarda iştirak edərək ixtisasını artırmışdır.
Dr. Nazilə Xəlilbəyovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.