Sabahdan məktəblərdə qış tətili BAŞLAYIR

26 Yanvar 2024 09:19 (UTC+04:00)

Yanvarın 27-dən ümumtəhsil müəssisələrində qış tətili başlanır. Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, ümumtəhsil müəssisələrinin bütün səviyyələri üçün yanvarın 27-dən 31-dək (5 gün) qış tətili günləridir.

Tətildən sonrakı ilk dərs günü fevralın 1-i olacaq.