Müğənni Kristina Orbakaitenin martın 14-də baş tutmalı olan konserti ləğv edilməli olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “chita.ru” konsertin təşkilatçısına istinadən xəbər yayıb.
Onun sözlərinə görə, Rusiya Federasiyasının əməkdar artistinin çıxışının ləğvi müğənninin Ulan-Udedəki konsertinin ləğvi ilə əlaqədar tur logistikasının pozulması ilə bağlıdır.
Təşkilatçı konsertin gələcəkdə Çitada keçiriləcəyini də istisna etməyib. Ona görə də bilet alan tamaşaçılar onları saxlaya bilərlər.
Bundan əlavə, təşkilatçı vurğulayıb ki, tamaşaçılar İrkutskdakı konsert üçün biletləri qaytara və ya dəyişdirə bilərlər.
Nazlı