80 yaşlı onkoloji xəstəyə ürək əməliyyatı həyata keçirildi - FOTO

25 Yanvar 2024 16:36 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinə 80 yaşlı, onkoloji müalicə almış və eyni zamanda qarından etibarən aşağı ətraflarda ciddi tıxanıqlıqları olan xəstə ürəyinin aorta qapağında kritik darlıq olduğu üçün müraciət etmişdir. SİA xəbər verir ki, aşağı ətraf arteriyaları tıxanıq olduğu üçün Mərkəzi Gömrük Hospitalının Kardiocərrahiyyə şöbəsinin ürək-damar cərrahı Kənan Əsədovun dəstəyi ilə Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva tərəfindən xəstənin sol körpücükaltı damarından girərək ürəyin aorta qapağına yeni qapaq yerləşdirilib.

BİZ BİRLİKDƏ GÜCLÜYÜK!...