"Neftçi" xalq artisti ilə klub arasındakı əməkdaşlığa münasibət bildirib

25 Yanvar 2024 15:49 (UTC+04:00)

"Neftçi" xalq artisti Miri Yusiflə klub arasında olan əməkdaşlığa münasibət bildirib. "Ağ-qaralar"ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu əməkdaşlıq 2022-ci ildə klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutub.

"Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqqında bəstə klubun istəyi əsasında hazırlanıb və təqdim edilib", - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, mətbuatda "Neftçi"nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat yayılıb.