“İmtahan zamanı qayda pozuntuları 2023-cü ildə 2 faizə qədər azalıb” - Məleykə Abbaszadə

25 Yanvar 2024 11:38 (UTC+04:00)

“2015-ci ildə qəbul imtahanları zamanı qayda pozuntuları 3 faiz idisə, 2023-cü ildə bu göstərici 2 faizə qədər azalıb”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədr bildirib ki, buraxılış imtahanlarında qayda pozuntuları halı 2 faizdən 0.5 faizə qədər azalıb: “Qeyd edim ki, qayda pozuntuları yalnız auditoriyada aşkarlanmır. Nəticələr elan olunduqda biz araşdırma apararaq qayda pozuntularını aşkar edirik. Belə olan halda da zal nəzarətçilərinə bununla bağlı məlumat verilərək xəbərdarlıq edilir”.