Aygün Kazımovanın “Instagram” hesabı geri qaytarıldı

25 Yanvar 2024 06:08 (UTC+04:00)

Xalq artisti Aygün Kazımovanın oğurlanan "Instagram” səhifəsi bərpa olunub. SİA xəbər verir ki, müğənni 1,4 milyondan çox izləyicisinin olduğu hesabının qayıtmasını tədbirdə olarkən öyrənib. Həmin an müğənninin yanında olan dostları sevinclərini gizlədə bilməyiblər. Onların həmin görüntüləri sosial şəbəkədə yayılan videoda əks olunub.

Qeyd edək ki, səhifəni ələ keçirənlər onun hesabında paylaşım edərək müğənnini şantaj etmiş və 10 min avro pul istəmişdilər.