“Uşaqlar adətən 7-8 yaşa qədər olan inkişaf dövründə onlarda hərəki aktivlik həddindən artıq çox yüksək olur”. Bu mövzuyla bağlı SİA-ya açıqlamasında tanınmış nevroloq Qalib Əsədov qeyd edib..jpg)
Nevroloqun sözlərinə görə, beyinin hərəki mərkəzləri oyaq olur və uşaq ətraf ailəmi daha da dərk etmək, öyrənmək istəyir və bu zaman hərəki aktivlik avtomatik olaraq yüksək dərəcədə olur:
“ Ona görə də uşaqlar qaçırlar, tullanırlar, oynayırlar, müxtəlif hərəkətlər edirlər. Tiklər nə zaman yaranır? Biz kənardan uşaqlara müdaxilə ediriksə “sakit otur, bir yerdə dur” və yaxud da uşaqlara telefon veririk ki, telefonla oyna, cizgi filminə bax. Hərəki aktivlik artıqdır beyində, amma uşaq məcburdu telefon ilə oynasın, televizora baxsın, bir yerdə otursun. Bu zaman hərəki aktivlik tiklər şəkilində üzə çıxır. Uşaqlarda bu şəkildə olması o qədər də anormal deyil. Lakin 7 yaşdan sonra yaranıbsa, başlayıbsa hərəki hərəkətlər bu zaman artıq müalicə etmək lazımdır. Əsasən, tikin yaranma səbəbləri uşağı hərəkətdən məhrum eləmək, stres, evdə olan söz-söhbət, valideynlər arasında olan məsələlər, davalardır. Bu zaman uşaq qorxu keçirir və müxtəlif tiklərin yaranmasına səbəb olur. Uşağa imkan lazımdır ki, qaçsın, danışsın, gülsün, axşamlar gəzintiyə çıxsın, parkda oynasın. Hərəkət mümkün qədər çox olduqda tiklər azalacaqdır. 7-8 yaşdan sonra əgər tiklər davam edirsə, bu zaman artıq müalicə lazımdır, çünki bu, ömrünün axırına qədər qala bilər və nevroloqun, psixoloqun müalicəsini davam etdirmək lazımdır.
Uşaqlarda hərəkət aktivliyi çox olanda onlarda hətta diqqət də yaranır. Onlarda hərəkət o qədər güclü, çox olur ki, onları məcburən otuzduranda, dinc durmasını istədikdə tiklər yaranır və bu zaman diqqət də pozulur. Bu, valideynlərin ən çox gözdən qaçırdığı səhvdir”
Sevilin Abbasova