Avstraliya ilk dəfə kiberhücuma görə sanksiyalar tətbiq edir

23 Yanvar 2024 23:44 (UTC+04:00)

...Avstraliya hakimiyyəti 2022-ci ildə ölkənin ən böyük tibbi sığorta şirkətlərindən biri olan Medibank-ın məlumat bazasını sındıraraq 9,7 milyon insan haqqında, o cümlədən adları, doğum tarixi, sağlamlıq və s. məlumatları oğurlayan hakerin adını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunun 33 yaşlı rusiyalı Aleksandr Ermakov olduğu üzə çıxıb.

...Avstraliya hökuməti ilk dəfə kibercinayətkarı müəyyənləşdirib və ona sanksiya qoyur.

Bunu deyən ölkənin Daxili İşlər Naziri Claire O'Neill, kiberhücumlar həyata keçirən alçaqları təqib etməyə davam edəcəyinə də söz verib.

Deməli, ilk dəfə tətbiq edilən kiber sanksiyalar cinayət təqibi nəticəsində Ermakova hər hansı əmlakın verilməsini, habelə onun əmlakından istifadə, onlarla rəftar etməyi qadağan edir; qadağaya kripto pul kisələri və qəsb ödənişləri daxildir.

Yeri gəlmişkən, qanunu pozanları 10 ilə qədər həbs gözləyir.

Nazlı