Belçikanın müdafiə naziri Ludivine Dedonder 2024-cü ildə Ukraynaya 611 milyon avro məbləğində hərbi yardım göstərəcəyini açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Bloomberg yayıb.
Belçika Nazirlər Kabineti bu məlumatı “La Libre Belgique” qəzetinə təsdiqləyib və aydınlaşdırıb ki, söhbət ölkədə dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirin Kiyevə ötürülməsindən gedir.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Rustem Umerov “X” sosial şəbəkəsində Kiyevə hərbi yardımın göstərilməsi ilə bağlı belçikalı həmkarı ilə telefon danışığı barədə məlumat verib.
O, həmçinin bildirib ki, söhbət zamanı Brüsselin ukraynalı pilotların hazırlanmasında iştirakının mümkünlüyü də müzakirə olunub.
Nazlı