"Cəhənnəm ağası"nın aktyoru vəfat etdi

23 Yanvar 2024 04:40 (UTC+04:00)

"Ölülərin səhəri" qorxu filmindəki rolu ilə tanınan aktyor Devid Emci vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, amerikalı sənətçi 77 yaşında İndiana ştatının Evansvill şəhərindəki qocalar evində dünyasını dəyişib.

Qeyd edək ki, Vyetnam müharibəsində də iştirak edən aktyor "Səbətdəki məxluq 2" və "Cəhənnəm ağası" kimi məşhur filmlərdə də çəkilib.