Balina ambrasından (qusmasından) hazırlanan muncuqlar Bursada qonaqların böyük marağına səbəb olur.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Bursadakı tarixi Ulu Came məscidinin yanında açdığı mağazada 25 ildir təsbeh satışı ilə məşğul olan Gökhan Yılmazın müştəriləri günü-gündən artır. "Müşki-Ənbər" təsbehi isə daha məhşurudur.
Bir növ balıq var ki, balina onu udur, amma həzm edə bilmir, qusur. Qusulan maddə daşlaşır. Qoxusu çox gözəl olan bu daş ətir sənayesində də istifadə olunur.
Çox nadir təbii maddə olan bu materialdan hazırlanan təsbeh nəinki davamlıdır, həm də gözəl qoxuya malikdir.
Adətən qış turizmi üçün Türkiyənin Bursa rayonunun Uludağ qəsəbəsinə gələn adamlar geri qayıdarkən mütləq bu mağazaya baş çəkir, bu muncuq və təsbehlərdən alırlar.
SİA-nın əlavəsi: ambra - balinanın qusmağı belə adlanır. Ətrafa üfunət iyi yaysa da, dünya bazarında qiyməti 50 min dollardan yuxarıdır. Parfümeriyada istifadə edilir.