Bir çox insanın problemi yağlı saçlardır. Əslində, bu, fizioloji bir vəziyyətdir və xəstəlik hesab edilməməlidir, ancaq yağlı saçlar insanlara psixoloji təsir göstərə bilər. Buna görə də yağlı saç problemlərinin qarşısını almaq üçün bəzi tədbirlər görülməlidir. Bu məqamda saçları tamamilə yağsız qoymaq düzgün deyil, çünki saçın da yağa ehtiyacı var.
Saç tipi: Məsələn, düz saçlar daha yağlı olur. Dalğalı saç olmadığı üçün yağ saçın hər yerinə yayıla bilər və tez saç yağlanmasına səbəb olacaq.
Həddindən artıq saça məhsul istifadəsi: Bəzən saç məhsullarının həddindən artıq istifadəsi, həddindən artıq istilik və rütubət, sıx idman saçların yağlılığını artıra bilər. İstifadə olunan saç baxım məhsulları da yağlı saçlar üçün faktordur. Məsələn, saçınızı yalnız su ilə yusanız və ya şampun istifadə etmədən yalnız kondisioner istifadə etsəniz, daha yağlı saç görünüşünə sahib olacaqsınız.
Həddindən artıq yuyulma: Həddindən artıq yuyulma da dərinin yağlanmasının mümkün səbəbləri arasındadır. Çünki saçınızı hər dəfə şampunla yuyanda baş dərisi daha çox sebum əmələ gətirmək üçün çalışır.
Pəhriz dəyişiklikləri: Əgər son bir neçə ayda hər hansı bir pəhriz və ya həyat tərzində dəyişiklik etmisinizsə, bu, saçınızın çox sürətlə yağlanmasının səbəbi ola bilər.
Yeniyetməlik: ”John Hopkins” universiteti saçların yeniyetməlik dövründə daha yağlı olduğunu bildirir: “Bəzi insanlar yeniyetməlik illərində saçlarının yağlı olduğunu görürlər. Bunun səbəbi saç follikullarında saçları və dərini nəmləndirən sebum istehsal edən yağ bezlərini ehtiva edir. Yetkinlik dövründə piy vəziləri hormonal dəyişikliklər səbəbindən həddindən artıq aktivləşə bilər. Sızanaqlarda olduğu kimi, yağlı saçlar da yetkinliyin müvəqqəti bir hissəsidir.”
• Saçların həddindən artıq daranması
• Saçla dolu saç fırçası
• Saçlara çox toxunmaq
• Qeyri-sağlam yemək vərdişləri
• Fəsillərin dəyişməsi
Saçların yağlanmasının qarşısını necə almaq olar?
Əvvəlcə yemək vərdişlərinizi dəyişdirin və sağlam qidalar yeməyə diqqət edin.
Saçlar quruduqda, baş dərisi saçları nəmləndirmək üçün daha çox yağ istehsal edir. Buna görə də dərinin qızmasına səbəb olan saç düzümlərindən istifadə etməyin.
Duş qəbul edərkən çox isti su istifadə etməkdən çəkinin, çünki baş dərisini çox qurudur. Saçınızı isti su əvəzinə ilıq su ilə yuyun.
Saçlarınız çox yağlıdırsa və bu vəziyyətdən çox narahatsınızsa, əvvəlcə market şampunlarından istifadəni dayandırın. Saçınıza uyğun bitki mənşəli şampunlardan istifadə etməyə diqqət edin. Şampun və kondisionerinizi seçərkən yağlı saçlar üçün xüsusi olaraq istehsal olunduğundan əmin olun.
Gün ərzində saçlarınızla oynamamağa diqqət edin, çünki saçınıza toxunmaq yağlanmağı sürətləndirir.
Saçlarınızı daramaq dəridən yağın saça çatmasını sürətləndirir. Buna görə də saçlarınızı tez-tez daramayın.
Heç vaxt saçınızın köklərinə kondisioner sürtməyin. İstifadə zamanı belə yağlanan saçlarınız varsa, quru şampundan istifadə etməlisiniz. Saçınızın köklərinə quru şampun çəkdikdən sonra 1-2 dəqiqə gözləyin və geniş dişli daraqla saçlarınızı darayın. Saç düzəltmək üçün istifadə etdiyiniz məhsulları, məsələn, saç köpüyü, gel və ya saç spreyini baş dərinizdən və köklərinə vurmayın.
Saçınızı bu məhsullardan təmizləmək istəyirsinizsə, sirkəli sudan istifadə edə bilərsiniz. Bunun üçün, əvvəlcə saçınızı şampunlayın və yaxalayın. Sonra 1 stekan sirkəni 5 stekan su ilə qarışdırın və bu qarışıqla saçınızı yenidən yuyun. Duşdan çıxanda saçınızı dəsmal ilə qurutun, qurutmaq üçün fendən istifadə etməyin. Saçlarınız yaş olanda sirkə qoxusunu hiss edə bilərsiniz, ancaq saçlarınız quruyanda bu qoxu getmiş olacaq”.
Sevilin Abbasova