Azərbaycan martın 5-7-də Almaniyanın paytaxtında keçiriləcək “ITB Berlin” beynəlxalq turizm sərgisində iştirak edəcək. SİA-nın məlumatına görə, artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
Tədbir Berlin Sərgi Meydanında, “Səyahət və turizmə keçiddə pioner" şüarı ilə təşkil ediləcək. Sərgidə 24 min iştirakçının olacağı gözlənilir.