Aktyor 10 il həbs cəzası ala bilər..?

21 Yanvar 2024 23:13 (UTC+04:00)

...Moskvada aktyorluq emalatxanasının nümayəndəsi ilə yeni qalmaqal yaşanır. StarHit-in məlumatına görə, 29 yaşlı Lenkom aktyoru Andrey Qarist narkotiklə saxlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, axşam saatlarında rəfiqəsi ilə spirtli içki qəbul edib, lakin bir anda gənclər arasında mübahisə düşüb.

Kefli olan Qarist rəfiqəsinə hücum edib. Rəfiqəsi isə qorxub mənzildən qaçaraq polisə müraciət edib.

Hadisə yerinə gələn polis aktyorun evində şübhəli məzmunlu paketlər tapıb. Ekspertiza onların tərkibində külli miqdarda olan 167,05 qram marixuana olduğunu müəyyən edib.

Qaristin hal-hazırda yerini tərk etməməsi şərti ilə ev dustaqlığına götürülüb.

Deyilənlərə görə, onu 10 ilə qədər həbs cəzası gözləyir..?

Nazlı