12 yaşlı mərakeşli oğlan Afrikanın ən hündür dağına qalxmağı bacarıb

21 Yanvar 2024 23:36 (UTC+04:00)
Mərakeşli 12 yaşlı Yusuf əl-Tazi Afrika qitəsinin ən hündür dağı olan Tanzaniyadakı Kilimancaro dağının zirvəsinə qalxmağı bacarıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, Şərqi Afrika ölkəsi Tanzaniyada dəniz səviyyəsindən 5895 metr yüksəklikdəki Kilimancaro dağının zirvəsində əlində Mərakeş bayrağı ilə video paylaşaraq "Kilimancaro dağına qalxan ən gənc Mərakeş ərəbi olmaq kimi tarixi uğura nail olduğum üçün qürur duyuram" deyib.

Kilimancaro zirvəsini əhatə edən qarın arasında danışarkən Yusif əl-Tazi bunları da söyləyib: “Mərakeşi beynəlxalq arenada qürurla təmsil etməkdən və sevimli ölkəmizin uşaq və gənclərini şərəfləndirməkdən məmnunam. Qoy mənim - mərakeşli oğlanın atdığı bu addım bütün Mərakeş gənclərinin arzularına çatmaq üçün bir ilham mənbəyi olsun”.

Qeyd edək ki, Yusif əl-Tazi 2023-cü ilin avqustunda atası ilə Türkiyənin Ağrı dağının zirvəsinə qalxmışdı.