“Ukraynaya eşq olsun!”a görə, 15 sutkalıq həbs aldı...

21 Yanvar 2024 20:19 (UTC+04:00)

…Bu arada Belarusun Vitebsk vilayətindəki regional Novopolotsk şəhər sakini, deyəsən yerli polis idarəsi ilə məzələnmək istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, “102”yə zəng edən sakin “Ukraynaya eşq olsun!” deyərək telefonu asıb.

Təbii ki, indi belə “telefon xuliqanlarını” müəyyənləşdirmək elə də çətinlik törətmir. Deyim ki, bu Belarus polisi üçün də elə bir çətinlik törətməyib.

Deməli, “telefon xuliqanını” müəyyən edən yerli polis ona 15 sutka həbs kəsib.

Qeyd edək ki, bu barədə “Vitebsk, mən gəzirəm!” Teleqram kanalı yazır.

Kanal iddia edir ki, prosesdə hakim Zinaida Balabolova, təqsirləndirilən şəxs Boris Kozelski olub.

Məhkəmə yanvarın 12-də baş tutub. Balabolova həmin şəxsə 15 sutkalıq həbs kəsib.

Nazlı